Sentyabrın 21-də Teatr Xadimləri İttifaqının Tamaşa salonunda “Ölüm növbəsi” bədii filminin təqdimatı keçirildi. Mədəniyyət və Turizm Nazirliyinin sifarişi ilə 2008-ci ildə “Sınaq-film” prodüser mərkəzində istehsalata buraxılan filmin rejissoru Fikrət Əliyev, ssenari müəllifləri İlqar Fəhmi, Fikrət Əliyev, operatoru Rafiq Quliyev, rəssamı Mais Ağabəyov, bəstəkarı Rauf Əliyev, prodüseri Tofiq Musayevdir.
Tragikomediyada hadisələr Bakıətrafı kəndlərin birində baş verən əhvalatdan bəhs edir. Əhvalatın mərkəzində isə mənəviyyat və əxlaq, məhəbbət və sədaqət məsələləri durur.
Filmdə rolları Şamil Süleymanov, Abbas Qəhrəmanov, Qorxmaz Əlili-Canzadə, Aytac Nuri, Mirkamil Kamilov, Cahangir Novruzov, Mirzə Ağabəyli və başqaları ifa edirlər.
Qeyd edək ki, film 2008-ci ildə dövlət sifarişi ilə istehsalata buraxılıb.
İntiqam Hacılı