Xətai Sənət Mərkəzi “Şimali Kipr Azərbaycan uşaqlarının gözü ilə” adlı rəsm müsabiqəsi elan edib. Müsabiqə “Türkiyə universitetləri məzunları” İctimai Birliyi və Şimali Kiprin Bakı nümayəndəliyinin təşkilatçılığı ilə keçirilir.
18 yaşadək uşaq və yeniyetmələr arasında keçirilən müsabiqənin məqsədi fırça həvəskarlarının əl işləri ilə Şimali Kipr türklərinin adət-ənənəsi, tarixi, mədəniyyəti, mətbəxi və həyat tərzini təqdim etməkdir.
Noyabrın 18-də Xətai Sənət Mərkəzində müsabiqəyə təqdim olunan əl işlərindən ibarət sərgi açılacaq.