Məşhur “Uorner qardaşları” kino şirkəti yazıçı Karlo Kollodinin “Pinokkionun sərgüzəştləri” nağılının motivləri əsasında tammetrajlı bədii film çəkməyi planlaşdırır. “Pinokkio” adlanacaq yeni filmin ssenari müəllifi “Cümə 13” və “Vyazov küçəsində dəhşət” filmlərindən yaxşı tanınan Bredli Fullerdir.
   
   Filmin yaradıcı heyəti çəkiləcək yeni ekran əsəri ilə əlaqədar maraqlı etiraf da edib. Sən demə, rejissor Tim Bertonun “Alisa möcüzələr aləmində” filmi çəkiləcək yeni ekran əsəri üçün başlıca stimul olub. Yaradıcı truppaya görə, klassik nağıllara bu cür yeni rejissor traktovkasından yanaşma təqdirəlayiqdir. Belə olan halda tamaşaçı da həmin filmi daha maraqla izləyir, bu isə yaradıcı heyətin uğuru deməkdir. Onu da qeyd edək ki, K.Kollodinin “Pinokkionun sərgüzəştləri” əsəri dəfələrlə ekranlaşdırılıb. Filmin ən məşhur versiyası isə 1940-cı il istehsalı olan və “Uolt Disney” studiyasının ekranlaşdırdığı eyniadlı məşhur cizgi filmi hesab olunur.






Bu kateqoriyaya aid digər yazılar

Новости

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar