Noyabrın 29-da Bakıdakı Xətai Sənət Mərkəzində ümumrespublika akvarel rəsm müsabiqəsinin yekun sərgisi açılacaq.
Sərgi Mədəniyyət və Turizm Nazirliyi, Azərbaycan Dövlət Rəsm Qalereyası və Xətai Sənət Mərkəzinin birgə təşkilatçılığı ilə baş tutacaq. Sərgidə 80-dək rəssamın sulu boya ilə çəkilmiş əsərləri nümayiş olunacaq.
Layihənin məqsədi akvareli yaşatmaqla yanaşı, onun gələcək inkişafına stimul yaratmaqdır. Müsabiqənin şərtlərinə uğun olaraq sonda qaliblər mükafatlandırılacaq.