Elə zövqü, işi-istedadı da adı kimi lətif, zərif...
Məntiq-mənəvi hədəfi də ki, milli mədəniyyət!..
Yaratdığı xalçalarla Azərbaycanı dünyaya tanıtım turuna çıxarmış Lətif Kərimov aləmilə tanışlıq, elə bu yurdun füsunkar təbiətilə də tanışlıq demək...
Bu poetik alim aləminin elə “giriş”indəcə görərsən ki, bu cənnət məmləkətin doğal təbiət təbiəti də gözəl, təbli cəmiyyət təbiəti də...
O aləmin daha dərin qatlarına enərsənsə, belə bir qənaətə də gələrsən ki, min illərdi bəşəriyyəti vəcdə gətirən incəsənətzadə GÖZƏLLİK həmin bu doğal təbiətlə təbli cəmiyyət cütlüyünün övladı...
Sözügedən aləmin “əndərun-birun” qədimliyinə də vara bilsən, belə bir reallığın da fərqinə varmış olarsan; tarix boyu ikincinin fəhmli övladları birincidə rast gəldiyi əşyalardan istifadəylə öz məişət tələbatlarını ödədikləri kimi, gəzib-gördükləri (xüsusən bizim tərəkəmə tayfaları!) tər-təbiət gözəlliklərini öz alaçıqlarına, daxma-koma, sancaq-ocaq, oba-odalarına köçürürmüşlər kimi, - xalı-xalçalar da toxumuşlar...
Və ha gəzib-dolaşasan, “ələk-vələk” axtarasan - həmin xalı-xalçalara, gəbələrə, kilimlərə, xurcunlara, nalça-xovça-qolçalara köçürülməmiş bir mənzərə, ya gül-çiçək, hadisə, “həndəsə” tapammazsan bu Vətən təbiətində! O füsunkar löyünlərin hər birinə sözlər qoşmuş şair demiş, “sıra dağlar, gen dərələr, ürək açan mənzərələr”...
Bunlarınsa ən son-soraq çeşniləri, ali-əlvan təcəssümlü nümunələri, ulu-olu incəsənət lətafətliləri -
Lətif Kərimova məxsus...
Öncə, bu unikal sənət nümunələri yaradıcısının öz yaradılışı, təməl pərvərişi, inkişaf-əməl oluşmalarından.
1906-cı ildə doğulub. Hələ o tarixçədən xeyli əvvəl poeziyaya “...abi-həyatı nərmənazik bayatıdır, bayatı” kimi düşən Qarabağın “təbii konservatoriyası” hesab edilən Şuşa şəhərində göz açıb dünyaya. Ağlı kəsəndə görüb ki, əqrəbasının ev-eşiklərindəki əntiq-əşyaların ən qəşəngləri mənsub olduğu “Allahverənlər” tayfasının toxuduğu xalçalardır və onlara gəlib-gedən yerli müştərilərin, əcnəbi tacirlərin söhbətlərindən belə məlum olub ki, bunlar Qarabağ mahalından çox-çox uzaqlarda da məşhurmuş.
İş belə gətirir ki, 6 yaşlı Lətifin ailəsi İrana (Məşhəd şəhərinə) köçməli olur və orada anasının işlədiyi xalçaya tünd-göy fonda ağ bir ilmə toxumaqla bütün ətrafını heyrətə gətirir (hələ Şuşaya qayıtdıqda bütün Qarabağa, bir müddət sonra Azərbaycana, Qafqaza, lap sonda dünyaya səs salacaq!). İranda ikən bu sənətə marağı 10-11 yaşlı Lətifi M.Ə.Hüseynzadə deyilən bir xalça ustasının emalatxanasına aparıb çıxarır və o, Təbriz, Ərdəbil kimi məşhur xalça mərkəzlərini gəzib, hər sənətkardan bir naxış öyrənir, hər toxucudan təkrarsız ilmələr gülləyir. 1928-ci ildə Şuşaya qayıdan Lətif “Qarabağxalça” artelində rəssam-təlimatçı görəvinə götürülür, bir müddət səsi Tiflisdən gəlir və 1930-cu ildən Bakı erası başlayır. Paytaxta düşcək, “Azərbaycanxalça” birliyində birinci dərəcəli rəssam-təlimatçı vəzifəsinə təyin edilir. Aylar ötdükcə, bu sənətin istehsalat sahələrilə bahəm, ictimai, mədəni, maarif yönətmənliklərində də iştirak edir. Bakıda (1932) və Qubada (1936) xalça məktəblərinin yaradılmasında təşəbbüs-təsis xidmətləri göstərir. Xalçaçılıqla yanaşı, dekorativ-tətbiqi sənətin digər sahələrinin inkişafında da nəzəri-əməli köməkliklərini əsirgəmir.
1930-40-cı illər tarixçəli xalçalarımızın bədii tərtibatlarına və digər incəsənət nümunələrinə Şərqin ulu sənət xəzinəsindən ilham almış bu ustadın çağlar fantaziya və əl izləri düşür. Yüzillər-minillər yolçusu Azərbaycan xalçalarının müxtəlif növlərinə aid kompozisiya və naxışları toplayıb sərf-nəzər edir, Quba, Şirvan, Bakı, Qazax, Gəncə, Qarabağ, Təbriz, Borçalı... qruplarına daxil 100-dən çox xovlu və xovsuz xalça məmulatı çeşidlərini yığıb, rəngli reproduksiyalarını hazırlayır. 1940-41-ci illərdə N.Gəncəvinin yubileyilə bağlı - “Xəmsə” poemalarına müvafiq hazırlanan 5 xalçanın müştərək (və aparıcı) müəlliflərindən olur. Tezliklə sorağı sərhədlərimizdən uzaqlara yayılır. Parisdə təşkil edilmiş Dünya sərgisində Firdovsinin 1000 illiyinə həsr etdiyi xalça, Moskvada (Ümumittifaq Xalq Təsərrüfatı Nailiyyətləri Sərgisində) Azərbaycan pavilyonuna verdiyi bədii tərtibat və s. işləri çox yüksək qiymətləndirilir. Universal qabiliyyətilə bir çox ictimai-mədəni möhtaclığa əlac qılır. Ötən əsrin 40-cı illərində Azərbaycan Radiosunda fars dilində diktorluq edir (və yeri gəlmişkən, fenomenal, “balsəs” diktorumuz Aydın Qaradağlının səsini bəyənib, professionallıqla cilalayıb, yoluna “yaşıl işıq” yandıran da o olub). 1967-ci ildə əlli illik bir arzusu həyata keçir; Azərbaycan Xalçası Dövlət Muzeyinin yaradılması ilə bağlı qərar verilir. Və... bu ustadın əsas yaradıcısı olduğu muzey hazırda xalça eksponatlarının sayına görə bütün dünyada birinci!
1950-ci ildə SSRİ Dövlət mükafatına, 1955-də respublikanın Əməkdar incəsənət xadimi, beş il sonra Xalq rəssamı fəxri adlarına, orden-medallara layiq görülmüş Lətif Kərimov 1991-ci il sentyabrın 8-də əbədiyyətə qovuşub.
Bu unikal sənətkar...
həm də şairanə bir alim!
Bu dünyada çox sirr, çox dür-düyün açmış alimləri, alimliyi başa düşmək bir az asan, onlara məxsus bəzi sehrləri isə...
Məsələn, hər hansı bir işinin sonunu əvvəli qədər aydın görən bu alim, görəsən, 40-cı illərdə yaratdığı monumental bir xalçanı ikicə ilməlik yanlışa görə, niyə iki yerə parçalayıb?..
Elmi-yaradıcılıq fəaliyyətinə Azərbaycan SSR EA-nın Memarlıq və İncəsənət İnstitutunda başlayan Lətif Kərimov 1945-ci ildə ayrıca “Xalça şöbəsi”nin açılmasına nail olub. Həmkarları bu gün də vurğulayırlar ki, ustadlarının “Azərbaycan xalçalarında ornament” kitabı xalçalarımızdakı naxış-ilmələrin tarixi mərhələ, modal-areal xüsusiyyət və həyat-sənət tətbiqi elementlərinin öyrənilməsi baxımından misilsiz əhəmiyyətə malikdir. Bu fundamental əsərə görə 1950-ci ildə Lətif Kərimova Leninqradda (Sankt-Peterburq) sənətşünaslıq elmləri namizədi alimlik dərəcəsi verilib. Apardığı qırx illik tədqiqatların bəhrəsi olan çoxcildli “Azərbaycan xalçası” monoqrafiyası isə qarşıdakı intəhasız illərə də gərəkli!
Bu ədibanə alimin xalçalarını ürəkçalan bayatılara, şeirlərə, poemalara bənzədənlər var. Süjetlilərini mütaliədən ayrılması namümkün sevgi romanlarıtək “oxuyan”lar, gecəni-gecəyə calayan dastanlar kimi “dinləyən”lər olur.
Deyirlər, dünyaya bu sənətin “bir dənəsi” kimi gələn və hələ də “tənha” olaraq qalan Lətif Kərimov Azərbaycan xalçalarına ikinci ömür verdi.
Yazırlar ki, bənzərsiz qrafik-rəssam, fenomenal-universal zövqlü dizayner Lətif Kərimov bu xalqın milli mədəniyyət tarixində nadir süjetli-tematik xalçaların, qeyri-adi metal, mərmər, çini məmulatlarının mütəhərrik müəllifi olaraq qaldı. Bu sənətkarın “Xətai” kompozisiyası, assimetrik kompozisiya prinsipilə - bir-birini təkrarlamayan 600 nəbati naxış ünsürü işlətməklə yaratdığı “Şəbi-hicran” ecazı, “Əfşan”, “Əcəmi Naxçıvani”, “Xətai”, “Ağaclı”, “Bəndi-Rumi”, “Firdovsi”, “Əsrlərin nəğməsi” və saysız-hesabsız təbiət təsvirli xalçaları tamaşaçısına Azərbaycanın incəsənət ekvivalenti təsirini bağışlayır.
Altıca yaşından sənət toxumağa başladı, həyatı 85-ə toxunanadək davam etdi. Tək elə xalı-xalçalar yox, nümunə-dərslər, davamçı tələbələr də qoyub getdi.
Bu yazını bu sözlərlə bitirəcəyimdən hali olan o tələbələrindən biri mənə dedi ki, belə adamlar getməz, getsələr də, hər əsərinə baxılan anda gəlib-qayıdarlar...
Tahir Abbaslı