Kaskadyorluq çətin və təhlükəli peşədir. Dünya kinosunda ilk kaskadyorluq tryuku 1908-ci ildə “The Count of Monte Christo” filmində gerçəkləşib. Filmdə edilən ilk hərəkət yüksək qayalıqdan şəlaləyə atılmaq idi. Bu tryuku həyata keçirən akrobat sirk artisti idi və bu tryuka görə 5 dollar almışdı.
Əslində aldı demək də doğru səslənmir. Çünki həmin kaskadyor məhz bu təhlükəli tryukdan sonra dünyasını dəyişdi. Bu filmdən sonra tamaşaçılarda belə filmlərə maraq daha da artdı və beləliklə ilk macəra filmləri çəkilməyə başladı. Aktyor Broncho Bill Andersonun təhlükəli səhnələrdə (macəra filmlərində) aktyorluq etməsi kaskadyorluq sənətinin inkişafına böyük təsir etdi. Təsadüfi deyil ki, bu sənəti çox vaxt onun adı ilə bağlayırlar. Daha sonralar qadınlarda da bu sənətə maraq artdı.
1912-ci ildə “What happended to Mary” serialında Pearl White, Helen Holenes və Helen Gibson kimi qadın kaskadyorlar çəkilmişdi. 1924-cü ildə Harry Arias Froboss kaskadyorluq sənətinin müxtəlif növlərini yaratsa da, Yakima Canutt bütün növ kaskadyorluq tryuklarını həyata keçirən, o dövrün kaskadyorları arasında ən seçilmiş kaskadyor oldu.
Azərbaycan filmlərində kaskadyor ifası
Azərbaycanda da bu sənəti sevən bir çox kaskadyorlar var. Lakin kaskadyorluq sənəti deyəndə ilk ağlımıza gələn Əli Məmmədov olur. Bu vaxtadək 30-dan çox filmdə kaskadyor kimi çəkilən Ə.Məmmədov fəaliyyətinə 1989-cu ildən başlayıb. Azərbaycan filmləri ilə yanaşı, “Silah” (Rusiya-Tacikistan, serial, 2007), “Dənizçi” (Rusiya, 2007), “Jurnalist” (Rusiya, serial, 2006), “Tələbə” (Rusiya, 2005), “Qraf Krestofski” (Rusiya, 2002, serial), “Dronqo” (Rusiya, 2001, serial), “Məleykələr” (İran, 1990) adlı filmlərdə, həmçinin də bir çox musiqi kliplərində, reklamlarda tryuklar quruluşçusu və ifaçısı olub. Azərbaycan Kaskadyorlar Assosiasiyasının sədridir, həmçinin Rusiya Kaskadyorlar Assosiasiyasının üzvüdür.
Əli Məmmədov və komandası ölkəmizdə çəkilən bütün filmlərin təhlükəli səhnələrinin quruluşunda iştirak edir: “1990-cı ildə Qırğızıstanda yerləşən kaskadyorlar assosiasiyasına göndərildim. Döyüş və at üstündə yüksək səviyyədə təlimlər keçib, peşəkar kaskadyor lisenziyası almışam. Qırğızıstandan qayıtdıqdan sonra Azərbaycanda bu sənətin inkişafı üçün milli filmlərimizdə tryukların quruluşçusu və kaskadyor kimi çalışmağa başladım. Bir neçə il bundan öncə Kaskadyorlar Assosiasiyasını yaratdım. Assosiasiyaya müraciətlər çoxdur, amma o qədər də geniş imkanlarımız olmadığından az sayda gənci qəbul edə bilirik. Seçilənlərə tryuk zamanı psixoloji hazırlıq da önəmlidir. Mən uşaqları əvvəlcədən hazırlayıram. Bizdə elə kaskadyor var, bir neçə tryuku yerinə yetirə bilir, eləsi də var ki, döyüş səhnəsi, kəndirdə yerimək, yaxud hündürlükdən atlanmaq kimi tryukları yerinə yetirir. Ancaq kollektiv əmək də var. Kaskadyorlar arasında Əhməd Cəfərov, İlham Abbasov, Bəxtiyar Abbasov, Etibar Məmmədov, Zaur Rəcəbli və başqa bacarıqlı gənclər var”.
Bu sənətlə məşğul olduğu ilk illərdə heç vaxt işindən razı qalmadığını deyən Ə. Məmmədov son çəkildiyi filmlərdən də danışdı: “Çox şadam ki, bu gün ölkəmizdə hər il müxtəlif filmlər çəkilir. Kinoya qayğı var. Bu yaxında Elxan Cəfərovun “Bəşəriyyətin xilası” və Ənvər Əblucun “Tərsinə çevrilmiş dünya” filmində kaskadyor kimi tryuklar etmişəm. Kaskadyorluq sənətinə başladığım ilk illərdə öz işlərimdən heç vaxt razı qalmırdım. Bəzən tryuklar alınmırdı. Lakin vaxt ötdükcə bu sənətin incəliklərinə yiyələndikcə öz təhlükəsizliyini də tənzimləyə bilirsən. Adətən kaskadyor seçimini və tryukları elə edirəm ki, heç kimə zərər dəyməsin. Bir kaskadyor olaraq mənim üçün tryuk sərhədi yoxdur. Bütün qurulmuş tryukların öhdəsindən gəlirəm”.
Bu vaxta qədər 10-dək filmdə - “Silah” (Mosfilm 2007), “Sirat körpüsü” (2007), “Qarabağdır Azərbaycan” (2008), “Cavad xan” (2009), “Kabusun gözü ilə” (2009), “Bəşəriyyətin xilası” (2010), “Onun ürəyi” (2010) və başqa ekran əsərlərində aktyor-kaskadyor kimi rol oynayan Murad Abdullayev Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin aktyorluq fakültəsini bitirib. 15 yaşından idmanla məşğul olduğunu deyən M.Abdullayev uşaqlıqdan bu sənətə marağı olduğunu qeyd etdi: “Kaskadyorluq sənətində debütüm ilk dəfə rejissor Samir Kərimoğlunun dəvəti ilə “Sirat körpüsü” filmində oldu. Həmin filmdə döyüş səhnəsini qurub epizodik rol ifa etdim. Bu filmdən sonra kaskadyor Əli Məmmədov məni “Cavad xan” filminə dəvət etdi. 10-a yaxın filmdə birgə işlədik. Hazırda isə özümün rəhbərlik etdiyim kaskadyorlardan ibarət “MKQ” adlı qrupum var. Ümumiyyətlə, bu sənət çox təhlükəlidir. Lakin tryuku yerinə yetirərkən təhlükəlidir deyib, fikrini təhlükəyə yönəltməməlisən. Çəkilişlər zamanı təhlükəli məqamlar çox olub. Bir dəfə “Cavad xan” filmində mərmi partlayışı zamanı mən göyə uçub fırlanaraq yerə düşməli idim, lakin yerə düşərkən ayağımı daş əzmişdi. Bir aya yaxın axsamalı oldum... Bu yaxında da “Onun ürəyi” filmində ayağım topuqdan çıxdı. Göründüyü kimi, bu iş təhlükəli sürprizlərlə doludur”.
Yeganə Cansail