Türkiyəli rejissor Semih Kaplanoğluna “Berlin Film Festivalı”nda “Qızıl Ayı” mükafatı qazandıran “Bal” filmi bu il Türkiyəni Amerika Kino Akademiyasının “Oskar” müsabiqəsində təmsil edəcək.
   
   S.Kaplanoğlunun “Yusif” trilogiyasının son halqası olan “Bal” filmi “ən yaxşı xarici film” nominasiyasında “Oskar” mükafatı üçün təqdim olunub. “Yumurta” və “Süd” filmlərinin davamı olan filmdə Yusif obrazının uşaqlıq illəri əks olunur, onun anası Zəhranın həsrətindən bəhs edir. Yusifin atası Yaqub anlaşılmaz bir səbəbdən nəsli sürətlə tükənən Qafqaz arılarının arxasınca uzaq meşəyə yola düşür. Yaqubun gecikməsi Zəhranı və Yusifi narahat edir. Zəhra Yusifi nənəsinin yanına göndərir. Yusif orada dinlədiyi hekayələrdəki peyğəmbərə oxşatdığı atasının mütləq geri dönəcəyinə inanır.
   Qeyd edək ki, ötən il “Oskar” yarışmasında Türkiyəni Nuri Bilgə Ceylanın “Üç meymun” filmi təmsil edib.







Bu kateqoriyaya aid digər yazılar

News

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar