Noyabrın 23-də Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti Günay Əfəndiyeva Türkiyənin Azərbaycandakı yeni səfiri Erkan Özoral ilə görüşüb.
G.Əfəndiyeva diplomatı yeni təyinatı münasibətilə təbrik edib, Fondun fəaliyyəti, türk dünyasının birliyinə yönəlmiş layihə və tədbirləri barədə məlumatı diqqətə çatdırıb.
E.Özoral türkdilli xalqların tarixi-mədəni irsinin qorunması, eləcə də onların həmrəyliyinin möhkəmləndirilməsi istiqamətində belə bir qurumun təsis olunmasının əhəmiyyətini qeyd edib.
Görüşdə vurğulanıb ki, Azərbaycan-Türkiyə qardaşlıq münasibətləri bütün türk dünyası üçün örnəkdir.
Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondu ilə səfirlik arasında əməkdaşlığın gələcək perspektivləri müzakirə edilib.