Noyabrın 22-də Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində bu təhsil ocağının kafedra müdiri, yazıçı-dramaturq, şair, tərcüməçi, professor Aqşin Babayevin 80 illik yubileyinə həsr olunmuş tədbir keçirilib.
Universitetin rektoru, professor Fərəh Əliyeva çıxış edərək Aqşin Babayevi yubileyi münasibətilə təbrik edib, ona xoş arzularını çatdırıb.
Çıxışlarda yubilyarın elmi-pedaqoji fəaliyyətindən söz açılıb. Qeyd edilib ki, 30 kitab müəllifi olan alim uzun müddət radioda çalışıb, 15 il Milli Məclisin mətbuat katibi işləyib.
Sonda Aqşin Babayev tədbirin keçirilməsində əməyi olanlara təşəkkürünü bildirib. Tədbirdə tələbələrin ifasında yubilyarın şeirləri səsləndirilib, musiqilər ifa olunub.
Lalə