Azərbaycan
   
   26 noyabr 1927 - Dilçi-türkoloq, filologiya elmləri doktoru, professor, Əməkdar elm xadimi Həsən İbrahim oğlu Mirzəyev (1927 - 25.2.2015) Qərbi Azərbaycanda, Dərələyəz mahalının Qovuşuq kəndində anadan olub. 
   26 noyabr 1928 - Əməkdar artist Müxlis Sabir oğlu Cənizadə (1928-1972) Bakıda anadan olub. Musiqili Komediya, Akademik Dram teatrlarında çalışıb. “Əsl dost”, “Dəli Kür”, “Yenilməz batalyon” və s. filmlərdə maraqlı obrazlar yaradıb. Dövlət Teatr İnstitutunda dərs deyib, tamaşalara quruluş verib. Filmlərin səsləndirilməsində iştirak edib, bədii qiraət ustası kimi tanınıb.
   26 noyabr 2014 - Azərbaycan kəlağayı sənəti UNESCO Hökumətlərarası Komitəsinin Parisdə keçirilən 9-cu sessiyasında “Kəlağayı simvolizmi və ənənəvi sənəti” adı ilə “Bəşəriyyətin qeyri-maddi mədəni irs üzrə reprezentativ siyahısı”na daxil edilib. 
   
   27 noyabr 1912 - Xalq artisti İsa Həsən oğlu Musayev (1912 - 8.2.1976) anadan olub. Naxçıvan Musiqili Dram Teatrında fəaliyyət göstərib.
   27 noyabr 1934 - Əməkdar incəsənət xadimi, dirijor Kazım Ağalar oğlu Əliverdibəyov Bakıda anadan olub. Bakı Musiqi Akademiyasının professorudur, bir neçə il Türkiyədə (İzmir Konservatoriyası) dərs deyib.
   28 noyabr 1852 - Şair, mütəfəkkir Mirzə Şəfi Vazeh (14.6.1794 - 1852) vəfat edib. 1840-cı ildən Tiflisdə yaşayıb, müəllim işləyib, “Divani-hikmət” ədəbi məclisinə rəhbərlik edib. Burada alman şərqşünas-səyyah Fridrix Bodenştedtlə tanış olub. Şair ona öz qəzəllərini hədiyyə edir. Bodenştedt onları tərcümə edərək öz imzası ilə nəşr etdirir, kitab Avropada geniş yayılır. Yalnız xeyli sonra o, poetik incilərin Mirzə Şəfiyə məxsus olduğunu etiraf edir.
   28 noyabr 1939 - Bəstəkar, Xalq artisti, professor Sevda Mirzə qızı İbrahimova anadan olub. Müxtəlif janrlarda əsərlərin ("Vətən şəhidləri" kantatası, «Əhval-ruhiyyələr», «Azərbaycan təranələri» və s.) müəllifidir. 
   28 noyabr 1941 - Xalq artisti, sirk ustası, akrobat Tofiq Hüseyn oğlu Axundov anadan olub.
    
   29 noyabr 1920 - Əməkdar rəssam Güllü Hacağa qızı Mustafayeva (1920-1993) Türkmənistanın Cərco şəhərində anadan olub. Əsərləri: "Leyli və Məcnun məktəbdə", "Şairə Məhsətinin portreti" və s. Yaradıcılığında uşaq portretləri xüsusi silsilə təşkil edir. 
   29 noyabr 1928 - Azərbaycanın, Rusiyanın, SSRİ-nin Xalq rəssamı Tahir Teymur oğlu Salahov Bakıda doğulub. SSRİ Rəssamlar İttifaqı idarə heyətinin birinci katibi olub, SSRİ Dövlət mükafatına, Sosialist Əməyi Qəhrəmanı adına layiq görülüb. Rusiya Rəssamlıq Akademiyasının vitse-prezidenti, Moskva Rəssamlıq Akademiyasının professorudur. Məşhur əsərləri: "Bəstəkar Qara Qarayevin portreti", "Təmirçilər", “Şəhər eşelonu”, “Abşeron qadınları" və s. Azərbaycan mədəniyyətinin inkişafında müstəsna xidmətlərinə görə «Heydər Əliyev» (2008), “İstiqlal” (1998) ordenləri ilə təltif olunub.
   29 noyabr 1965 - Əməkdar artist Almaz Hüseyn qızı Amanova Sumqayıtda anadan olub. Sumqayıt Dram Teatrında çalışıb. 1999-cu ildən Milli Dram Teatrında fəaliyyət göstərir. “Mənim ağ şəhərim”, “Əlavə təsir” və s. filmlərdə çəkilib.
   
   Dünya
   
   26 noyabr Dünya İnformasiya Günüdür (World Information Day). BMT-nin İqtisadi və Sosial şuralarında məşvərətçi statusu olan Beynəlxalq İnformatika Akademiyasının təşəbbüsü ilə qeyd edilir. 
   26 noyabr 1857 - İsveçrəli dilçi alim, semiologiya və struktur linqvistikasının banisi Ferdinand de Sossyur (Ferdinand de Saussure, 1857 - 22.2.1913) anadan olub. 
   26 noyabr 1909 - Rumın dramaturqu, absurd teatrı estetik cərəyanının banisi Ejen İonesko (Eugene Ionesco, 1909 - 28.3.1994) anadan olub. Pyesləri: “Daz müğənni”, “Dərs”, “Stullar”, “Təmənnasız qatil”, “Çamadanlı adam” və s.
   26 noyabr 1939 - Amerika müğənnisi, aktrisa Tina Terner (Tina Turner - əsl adı Anna Mae Bullock) anadan olub. Dəfələrlə “Qremmi” mükafatına layiq görülüb. 
   
   27 noyabr 1940 - Çin (Honkonq) aktyoru, rejissor, Şərq əlbəyaxa döyüş növlərinin ustası Brüs Li (Bruce Lee; 1940-1973) anadan olub. 
   27 noyabr 1942 - Amerikalı rok-musiqiçisi, gitaraçı Cimi Hendriks (Jimi Hendrix - James Marshall Hendrix; 1942-1970) anadan olub.
   27 noyabr 1953 - Amerika dramaturqu, ədəbiyyat üzrə Nobel mükafatı (1936) laureatı Yudjin O’Nil (Eugene Gladstone O'Neill; 16.10.1888 - 1953) vəfat edib. “Üfüqün arxasında”, “Buz paylayan gələcək”, “Qarağaclar altında məhəbbət” və s. pyeslərin müəllifidir.
   
   28 noyabr 1757 - İngilis şairi və rəssamı Uilyam Bleyk (William Blake, 1757-1827) anadan olub.
   28 noyabr 1820 - Alman filosofu, kommunist ideologiyasının banilərindən biri Fridrix Engels (Friedrich Engels; 1820 - 5.8.1895) anadan olub.
   28 noyabr 1829 - Bəstəkar və dirijor, Rusiyada ilk konservatoriyanın yaradıcısı Anton Qriqoryeviç Rubinşteyn (1829-1894) anadan olub.
   28 noyabr 1880 - Rus şairi Aleksandr Blok (1880 - 7.8.1921) anadan olub. “Qisas”, “On iki” və s. poemaların müəllifidir.
   28 noyabr 1881 - Avstriya yazıçısı, ədəbiyyatşünas Stefan Sveyq (Stefan Zweig, 1881 - 22.2.1942) anadan olub. Əsərləri: “Naməlum qadının məktubu”, “Maria Stüart”, “Şahmat novellası”, “Dünənki dünya” və s.
   
   29 noyabr 1906 - Rus kinooperatoru, rejissor Roman Karmen (1906-1978) anadan olub. Çoxsaylı sənədli filmlərin, o cümlədən “Xəzər neftçiləri haqqında povest”in müəllifidir. Azərbaycanın Əməkdar incəsənət xadimi adına layiq görülüb.
   
   Hazırladı: Vüqar Orxan