Türkiyənin Yerli Düşüncə Dərnəyinin təşkilatçılığı, Türkiyə Mədəniyyət və Turizm Nazirliyi, Türk Əməkdaşlıq və Koordinasiya Agentliyi (TİKA) və Bakı Yunus Əmrə İnstitutunun dəstəyi ilə 22-27 noyabr tarixində Bakıda "Türk filmləri həftəsi" keçirildi. Layihə çərçivəsində ölkəmizdə olan türk kino sənətçiləri 24-25 noyabr tarixində Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində tələbələrlə görüşüblər. Sarp Levendoğlu, Emre Kızılırmak, Ozhan Eren, Öner Kılıç, Kıvanc Terzioğlu, Altan Sönmez və Meral Konrat tələbələrlə səmimi söhbət edib, onları maraqlandıran sualları cavablandırıblar. "Filmarası" qəzetinin baş redaktoru Suat Köçer “Türk film tarixi” mövzusunda məruzə ilə çıxış edib.
Qonaqlar iki ölkə arasında mədəni əlaqələrin, xüsusilə də kino sahəsində əməkdaşlıqdan məmnunluqlarını ifadə ediblər.
Lalə