Azərbaycan
   
   30 noyabr 1934 - Tanınmış şair, tərcüməçi İlyas Tapdıq (İlyas Oruc oğlu Tapdıqov) Gədəbəy rayonunun Əli İsmayıllı kəndində anadan olub. “Arxalı dağlar”, “Meşənin mahnısı”, “Qızlar və qağayılar”, ”Məhəbbət yolları” və s. kitabların müəllifidir. Rus dilindən ədəbi tərcümələr edib.
   
   1 dekabr 1940 - Nasir, publisist, tərcüməçi Rafiq Savalan (Rafiq İmanqulu oğlu Ağayev) anadan olub. 
   1 dekabr 1940 - Teatr xadimi, dramaturq, aktyor, Əməkdar artist Mirmahmud Mirələkbər oğlu Kazımovski (1882-1940) vəfat edib. 1906-cı ildə Bakıda yaradılan Müsəlman teatrının təşkilatçılarından olub. Kiçik pyes, vodevil və musiqili komediyalar yazıb. “Bakılılar” (1938), “Kəndlilər” (1939) və s. filmlərdə çəkilib.
   1 dekabr 1946 - Bəstəkar, Əməkdar incəsənət xadimi Azər İsmayıl oğlu Dadaşov anadan olub. Kamera, simfonik orkestr, xor üçün əsərlər, "İmtahan”, "Yuxu", "Özgə vaxt" və s. filmlərə musiqi yazıb. 
   1 dekabr 2004 - Xalq şairi Məmməd Araz (Məmməd İnfil oğlu İbrahimov; 14.10.1933 - 2004) vəfat edib. Vətənpərvərlik, milli ruha sayğı şairin əsərlərinin aparıcı mövzusudur. Kitabları: «Daş harayı», “Qayalara yazılan səs”, “Dünya düzəlmir”, “Yol ayrıcında söhbət” və s. Rus dilindən ədəbi tərcümələr edib. Azərbaycanın “İstiqlal” ordeninə layiq görülmüş (1995) ilk şairlərdən biridir.
    
   2 dekabr 1929 - Şair, ədəbiyyatşünas, pedaqoq, tərcüməçi, teatr xadimi Həsənəli xan Qaradaği (28.1.1848 - 1929) vəfat edib. Rus satirik şairi İvan Krılovun təmsillərini ilk dəfə dilimizə çevirib, Aleksey Çernyayevski ilə birgə Azərbaycan dilində “Vətən dili” dərsliyini (1882) hazırlayıb.
   2 dekabr 1938 - Şair-publisist Zeynal Vəfa (Zeynalabdin İsmayıl oğlu Zeynalov) Naxçıvan şəhərində anadan olub. 

   Dünya
    
   30 noyabr Beynəlxalq İnformasiya Təhlükəsizliyi günüdür (Computer Security Day). 1988-ci ildə Amerika Kompüter Avadanlıqları Assosiasiyası tərəfindən kompüter virusları ilə mübarizə devizi altında təsis edilib.
   30 noyabr 1667 - İngilis (irland) yazıçısı, “Qulliverin səyahəti” əsərinin müəllifi Conatan Svift (Jonathan Swift; 1667- 19.10.1745) anadan olub.
   30 noyabr 1817 - Alman filoloqu və tarixçisi, ədəbiyyat üzrə Nobel mükafatı (1902, “Roma tarixi” əsərinə görə) laureatı Teodor Momzen (Theodor Mommsen; 1817-1903) anadan olub.
   30 noyabr 1835 - Amerika yazıçısı Mark Tven (Mark Twain - əsl adı Samuel Langhorne Clemens; 1835 - 21.4.1910) anadan olub. “Heklberri Finnin macəraları”, “Tom Soyerin macəraları” və s. romanların müəllifidir.
   30 noyabr 1937 - İngilis kinorejissoru Ridli Skott (Ridley Scott) anadan olub. Filmləri: “Əsgər Ceyn”, “Qladiator”, “Hannibal”, “Qara qırğı”nın düşməsi” və s.
   1 dekabr 1935 - Amerika kinorejissoru, üç dəfə “Oskar” mükafatı laureatı Vudi Allen (Woody Allen - əsl adı Allen Stewart Konigsberg) anadan olub. Filmləri: “Enni Holl”, “Hanna və onun bacıları”, ”Manhetten”, “Qahirənin al qızılgülü” və s. 
   1 dekabr 1945 - Rusiyanın Xalq artisti, məşhur estrada aktyoru Gennadi Xazanov anadan olub.
   
   2 dekabr 1859 - Fransız rəssamı, neoimpressionizmin banilərindən biri Jorj Syera (Georges Seurat; 1859-1891) anadan olub.
   2 dekabr 1888 - Türk yazıçısı, şair, teatr xadimi Namiq Kamal (21.12.1840 - 1888) vəfat edib. Əsərləri: “İntibah”, “Cezmi”, “Cəlaləddin”, “Şah”, “Vətən, yaxud Silistrə” və s. 
   2 dekabr 1891 - Alman boyakarı və qrafiki Otto Diks (1891-1969) anadan olub. 
   2 dekabr 1923 - Yunan əsilli Amerika opera müğənnisi (soprano) Mariya Kallas (Maria Callas - Sophia Cecelia Kalos; 1923-1977) anadan olub.
   
   Hazırladı: Vüqar Orxan