“Butafilm” kino şirkətində “Sonuncu” adlı yeni filmin montaj və səsləndirmə işləri gedir. Pritça janrında çəkilən filmin ssenari müəllifi və rejissoru Teymur Daimidir. 
  Film “Sonuncu” adlı kitabın müəllifi olan bir fantast yazıçıdan bəhs edir. Bu kitab sonradan müəllifin həyatında qəfil dönüşlər yaradır - əsərində təsvir etdiyi həyatsız dünyaya yazıçı gözlənilmədən özü düşür, kitabındakı qəhrəmanının canlı təzahürünə çevrilir.
   Teymur Daiminin sözlərinə görə, video formatında olan “Sonuncu” filmi ənənəvi, müstəqil kinematoqrafiya ənənələri əsasında çəkilib: “Ekran əsərinin stilistikasında asketizm və minimalizmin ifadə vasitələri yer alıb. Fantastik sətiraltı mənalar da var. Ancaq Amerika döyüş filmlərində olduğu kimi açıq yox, qapalı, filmin atmosferinə uyğun olaraq dağınıqdır”.    Qeyd edək ki, filmdə baş qəhrəman - fantast yazıçı roluna peşəkar aktyor yox, elə real həyatda da yazıçı olan Aleksandr Xakimov çəkilib. Digər rollarda isə Rəna Əhmədzadə, Cabir Zeynalov, Fariza Babayeva və Tatyana İvanayeva çəkiliblər.
   “Sonuncu” ekran əsərinin premyerası bu ilin sonuna nəzərdə tutulub.
   
   İntiqam Hacılı






Bu kateqoriyaya aid digər yazılar

Новости

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar