Rusiyada yaşayan soydaşımız Rodion İsmayılovun “Köç” adlı sənədli filmi oktyabrın sonunda Almaniyanın Leypsiq şəhərində keçiriləcək sənədli və animasiya filmləri festivalına dəvət alıb. Filmin çəkilişləri Tovuz, Göygöl və Daşkəsən rayonlarında aparılıb. Filmdə çobanların çətin məişət həyatı, bu həyatla yaşayaraq başqa həyat arzu etmədikləri göstərilib. Film həm də çobanların öz işlərinə olan məhəbbətindən bəhs edir. 
   
   Rodion İsmayılov qəzetimizə açıqlamasında filmin yaranma tarixi və ideyası barədə məlumat verib: “Tovuz rayonunun Köhnəqala kəndində yaşayarkən, evimizin yanından hər zaman qoyun sürüləri və çobanlar keçərdi. Onları xatırlayıb qərara gəldim ki, bu mövzuda, yəni, çobanların yaylaqdan qışlağa və qışlaqdan yaylağa qədər olan məsafəni necə qət etdiklərini, dağlarda elektrik enerjisi olmadan, çətin şəraitdə necə yaşadıqlarını əks etdirən bir sənədli film çəkim”.
   R.İsmayılov qeyd etdi ki, ekran əsəri həm də Azərbaycan və onun qədim adət-ənənələrini özündə əks etdirir: “Azərbaycan dilində olan “Köç” filmi artıq bir çox kinofestivallarda iştirak edib. Kiyevdə, Moskvada, “İnsan və Təbiət” Baykal beynəlxalq kinofestivalında göstərilib, indi də oktyabrın sonunda keçiriləcək Beynəlxalq Leypsiq sənədli və animasiya filmləri festivalına dəvət alıb”.
   Qeyd edək ki, rejissor Rodion İsmayılov Tovuz rayonunun Köhnəqala kəndində anadan olub. 1998-ci ildə Sankt-Peterburq Dövlət Kino və Televiziya Universitetinin kinorejissor ixtisasını bitirib. Hazırda Moskvada “DS film” prodüser mərkəzinin rejissoru və prodüseridir.
   
   İntiqam Hacılı 







Bu kateqoriyaya aid digər yazılar

News

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar