Salyan Dövlət Kukla Teatrının yaradıcı kollektivi bu ilin ötən dövrü ərzində Çingiz Ələsgərlinin “Yabançı dostlar”, Əli Səmədlinin “Artıq tamah baş yarar”, Ağaxan Salmanlının “Huşlu dovşan və saxta həkim”, Təzahür Mehdiyevin “Xoş gəlmisən, Yeni il” əsərləri əsasında tamaşalar hazırlayaraq balacalar qarşısında çıxış edib. Səhnə əsərlərinə teatrın baş rejissoru Rafiq Mirzə quruluş verib.
Teatrın direktoru Yavər Cəbrayılov bildirib ki, hazırda teatrın kollektivi Süleyman və Həmidiyyə Ləpitovların “Kral və əks-səda” əsəri əsasında tamaşa hazırlayır. Artıq məşqlər yekunlaşmaq üzrədir. Yaxın günlərdə tamaşa Salyan və ətraf rayonlarda balacalara nümayiş etdiriləcək.