Ötən həftə “Əli və Nino” kitab evində şair Vaqif Bəhmənlinin yeni işıq üzü görən “Səndən özgə” kitabının imza günü keçirildi. Kitaba müasir Azərbaycan poeziyasının görkəmli nümayəndəsi Vaqif Bəhmənlinin son illərdə qələmə aldığı, oxucular tərəfindən böyük maraqla qarşılanan əsərləri toplanmışdır. Kitabdakı şeir və poemaların obrazlar sistemi, şairin bənzərsiz üslubu həqiqətən heyrət doğurur, çağdaş şeirimizin ən dəyərli örnəkləri misalında görünür. Bu kitab “Rəsul Rza”, “Şahmar Əkbərzadə”, “İsa İsmayılzadə” adına ədəbiyyat mükafatlarının, “Yaddaş” ödülünün sahibi, Əməkdar mədəniyyət işçisi Vaqif Bəhmənlinin oxucularına təqdim etdiyi 22-ci kitabdır.
   Yeganə