Azərbaycanın görkəmli kino aktyoru və rejissoru Ceyhun Mirzəyevin baş rolunu canlandırdığı “Qara qağayı” filmi uzun axtarışlardan sonra Dövlət Film Fonduna təqdim edilib. Film Fondunun rəhbəri, Əməkdar incəsənət xadimi Cəmil Quliyevin məlumatına görə, 1962-ci ildə çəkilmiş “Qara qağayı” filmi Georgiy Koltunov tərəfindən çəkilib. Bu filmi Dövlət Film Fonduna rəssam Vüqar Əli təqdim edib. Ceyhun Mirzəyevin filmdə 12 yaşında olduğu bildirilib.
Ceyhun Mirzəyevdən başqa gənc azərbaycanlı aktrisa Səidə Dadaşova da filmdə rol oynayıb. Görkəmli aktyorlardan Sergey Yurski və İqor Dmitriy də filmdə çəkilib.
C.Quliyev onu da bildirib ki, Əməkdar incəsənət xadimi, kinorejissor, professor Musa Bağırov öz şəxsi kitabxanasını Dövlət Film Fonduna hədiyyə edib. Tanınmış sənədli filmlər rejissoru olan Musa Bağırov uzun illər “Azərbaycanfilm” və “Ekran” Yaradıcılıq Birliyində 50-dən artıq sənədli filmə quruluş verib. Onun filmləri bir çox beynəlxalq festivallarda mükafatlara layiq görülüb. O, uzun müddət Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin professoru olub.