Dekabrın 19-da Gəncədə IV Beynəlxalq Şərab Festivalı keçiriləcək. Gəncə Şəhər İcra Hakimiyyətindən bildirilib ki, festivalda dünyanın şərabçılıq sahəsində qabaqcıl ölkələrindən olan nümayəndələr iştirak edəcək. Həmçinin Azərbaycanda şərab istehsalı ilə məşğul olan bir sıra istehsal müəssisələri də öz məhsulları ilə təmsil olunacaqlar. Festivalda təqdim olunan şərablar beynəlxalq münsiflər tərəfindən dequstasiyadan keçiriləcək və qaliblər mükafatlandırılacaqlar.