Yunanıstanın www.greek-theatre.gr portalında Azərbaycanın teatrşünas alimi, professor Aydın Talıbzadənin "Azərbaycan teatrı: sosial portret və estetik xəritə" adlı məqaləsi dərc edilib.
Gənc Tamaşaçılar Teatrından bildiriblər ki, məqalədə Azərbaycan teatrının yaranma tarixi, inkişaf mərhələləri, müasir teatr prosesi barədə danışılır. Müəllif, həmçinin Gənc Tamaşaçılar Teatrında səhnələşdirilən yeni tamaşalar barədə də oxucuları məlumatlandırır.
Məqalədə “Azərbaycan teatrı 2009-2019-cu illərdə” Dövlət Proqramı, bu proqramın icrası nəticəsində daha da inkişaf edən, maddi-texniki bazası yüksək səviyyəyə çatan Azərbaycan teatrlarının üzv olduğu beynəlxalq qurumlar barədə də söz açılır.