Dekabrın 5-də M.F.Axundov adına Milli Kitabxanada GƏM-in növbəti iclası keçirildi. İclasda “525-ci qəzet”in gənclər üçün əlavəsi kimi nəşr olunacaq qəzet müzakirə olundu. Qeyd edildi ki, “525-ci qəzet”in ildə bir neçə dəfə əlavəsi kimi nəşr olunacaq bu mətbu orqanda gənclərin publisistik, bədii, elmi mətnləri çap olunacaq. Eyni zamanda kitabxananın direktoru Kərim Tahirov qeyd etdi ki, həm gənclərin iki kitabının buraxılmasına və qəzetin əlavəsinin davamlı olmasına kömək kimi maliyyə yardımı göstərəcək, həm də gənclərin daha mütəmadi görüşməsi üçün ay ərzində bir neçə dəfə görüşlər təşkil etməyə yardım edəcək. Kərim müəllim qəzetin yığılması və gənclərə yazılarını bir yerə toplamaq üçün texniki yardım, əlavə otaq verilməsini də öz öhdəsinə götürdü.
   Görüşün digər iştirakçısı Vaqif Bəhmənli də şairlərin və nasirlərin növbəti ildə 10 kitabının buraxılmasına Mədəniyyət və Turizm Nazirliyinin kömək göstərəcəyini qeyd etdi.
   Sonda isə Rəşad Məcid AYB-də gənclərə işləmək imkanı yaradılacağını qeyd etdi. Müzakirələrdən sonra nəticə kimi qəzet yanaşı, iki almanaxın da buraxılacağına qərar verildi. Daha sonra gənclərdən II Qismət, Rəbiqə Nazimqızı, Mirbəhram Əzimbəyli və başqaları yeni şeirlərini oxudular.   

Fərid