AMEA-nın A.Bakıxanov adına Tarix İnstitutunda elmi şuranın növbəti iclasında illik hesabat təqdim olunub.
İnstitutun direktoru, Milli Məclisin deputatı, AMEA-nın müxbir üzvü Yaqub Mahmudov il ərzində görülən işlərdən söz açıb. Diqqətə çatdırılıb ki, 2016-cı ildə Tarix İnstitutunda 49 adda yeni kitab çap olunub.
Bunlar “İrəvan xanlığı: Rusiya işğalı və ermənilərin Şimali Azərbaycan torpaqlarına köçürülməsi” (ispan və ərəb dillərində), “Real tarix və “Böyük Ermənistan” uydurması” (ispan və rus dillərində), “Azərbaycan Respublikasının tarixi” ikicildliyi, “Azərbaycan xalqına qarşı 1918-ci il soyqırımları” və digər nəşrlərdir.
Şamaxıda “Azərbaycan və Şərqi Anadoluda türk-müsəlman əhaliyə qarşı soyqırımları” adlı III Beynəlxalq elmi konfrans, “İrəvanın maddi və mənəvi irsi” mövzusunda gənc tədqiqatçıların elmi-praktik konfransı və digər tədbirlər keçirilib.