Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin tapşırığına əsasən mərkəzi icra hakimiyyəti orqanları rəhbərlərinin hər ay şəhər və rayonlarda əhali ilə görüşləri keçirilir. Ötən müddətdə mədəniyyət və turizm naziri Əbülfəs Qarayev yerlərdə 40-dan çox belə görüş keçirib. Dekabrın 16-da nazir Əbülfəs Qarayev Sabirabad şəhərindəki Heydər Əliyev Mərkəzində Şirvan şəhəri, Hacıqabul, İmişli, Saatlı, Sabirabad və Füzuli rayonlarından olan vətəndaşları qəbul edəcək.