Dekabrın 24-də Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrında dünya klassik opera sənətinin ən dəyərli nümunələrindən biri - Cüzeppe Verdinin “Aida” operası nümayiş olunacaq.
Teatrın mətbuat xidmətindən bildirilib ki, səhnə əsərində Aida partiyasını ilk dəfə teatrın aparıcı solisti, Əməkdar artist Afaq Abbasova ifa edəcək. Digər partiyaları Xalq artisti Əli Əsgərov, əməkdar artistlər Əkrəm Poladov, Gülnaz İsmayılova və gənc solist Nina Makarova ifa edəcək. Səhnə əsərində iştirak etmək üçün Gürcüstanın tanınmış vokal ustaları Teymuraz Ququşvili və Əməkdar artist Sulxan Qvelesiani də dəvət olunub.
Tamaşanın dirijoru Xalq artisti, professor Cavanşir Cəfərovdur.