“Cinema Evi” MMC-də “Atamı çox sevirəm” filminin çəkilişləri tamamlanıb və film artıq montaj prosesindədir. Filmin rejissoru Novruz Paşayev, ssenari müəllifi və prodüseri Elçin Musaoğludur. Ekran əsərində Rövşən Ağayev, Oksana Quliyeva çəkiliblər. Filmin çəkilişləri Bakıda aparılıb.
   Film 2010-cu ildə Mədəniyyət və Turizm Nazirliyinin gənc rejissorlar üçün keçirdiyi IV “Bu meydan, bu ekran” müsabiqəsində qalib olan üç layihədən biridir.
   Digər layihələr isə “Günəşdə ləkələr” (“Ayan-Z” MMC) və “Gözlərimə gün düşür” (“Cinema” Gənc Kinematoqrafçılar Mərkəzi) ssenariləridir. Qısametrajlı və video formatda olacaq filmlərin hazırda ssenariləri üzərində iş gedir.