İntibah dövrünün görkəmli italyan rəssamı Leonardo da Vinçinin müəllifi olduğu eskiz tapılıb. Ekspertlər eskizin müəllifinin həqiqətən italyan rəssamı olduğunu təsdiq ediblər. Nyu-Yorkda yerləşən Metropoliten Muzeyinin aparıcı mütəxəssisi müqəddəs Sebastyanın ölüm səhnəsi təsvir olunan eskizin orijinallığını təsdiqləyib. Eskiz solaxay rəssam tərəfindən çəkilib. Xatırladaq ki, Leonardo da Vinçi solaxay idi. Həmçinin, rəsmdə kursiv xətlərdən istifadə olunub. Bu üslub İtaliyada İntibah dövründə işlənib.
Ehtimal edilir ki, bu rəsm 1482-1485-ci illərə aiddir. Mürəkkəb ilə çəkilmiş rəsmin dəyəri 15,8 milyon dollar qiymətləndirilir.
İlona