. Lüdviq van Bethoven «Qəhrəmanlıq simfoniyası»nı Napoleon Bonaparta ithaf etsə də Napoleon özünü imperator elan edəndən sonra bundan imtina edib.
   . İlk «Oskar» mükafatı 1929-cu il may ayının 16-da təqdim olunub.
   . 1977-ci ildə Amerikada keçirilən musiqi konfransında qaboy, «heç kimin yaxşı ifa edə bilmədiyi ən pis nəfəs aləti» kimi təqdim olunub.
   . Dahi rəssam Leonardo da Vinçi məşhur «Mona Liza» əsərində Mona Lizanın dodaqlarını çəkməyə 12 il vaxt sərf edib.
   . Kinematoqrafiya tarixində ən ucuz film 1903-cü ildə çəkilmiş «Qatarın qarət olunması» filmidir. Onun çəkilişi 100 dollara başa gəlib. Ekrana çıxdıqdan sonra isə 20 000 dollar qazanc gətirib.
   . Vals rəqsi XVIII əsrin axırlarında avstriya - alman milli rəqsi olan Lendlerin əsasında yaranıb.
   . «Oskar»a layiq görülən ən gənc kino ulduzu Şirli Templ olub. O bu mükafatı 1934-cü ildə 6 yaşı olarkən alıb.
   . “İmpressionizm” termini fransız rəssamı Klod Monenin “İmpression” (“Təsəvvür”) əsərinin adından götürülüb.