“Nağıllar aləmi” xalçası təqdim olunub
   
   Azərbaycan Xalça Muzeyində hər ay “Bir eksponatın tarixi” layihəsi çərçivəsində maraqlı təqdimatlar keçirilir.
   Budəfəki tədbirdə muzeyin kolleksiyasından xalçaçı-rəssam Eldar Mikayılzadənin müəllifi olduğu “Nağıllar aləmi” xalçası təqdim olunub.
   Təqdimat zamanı Eldar Mikayılzadə xalçanın yaranma tarixi haqqında danışıb, xalça üzərində təsvir olunmuş müxtəlif süjetli səhnələr barədə fikirlərini iştirakçılarla bölüşüb.