Mədəniyyət və Turizm Nazirliyinin sifarişi ilə çəkilən “Aktrisa” filmi tamamlanıb. “Pozitiv Media” şirkətində istehsal olunan filmin rejissoru Rövşən İsax (Rövşən Məmmədov), ssenari müəllifləri İlqar Fəhmi, Rövşən İsax, operatoru Rövşən Quliyev, bəstəkarları Nazim Əhmədov və Vasif Arifoğludur.
   Film İlqar Fəhminin eyniadlı romanının motivləri əsasında lentə alınıb. Çəkilişlər 2009-cu ilin avqust-oktyabr aylarında Abşeron yarımadasında aparılıb. Film gələn ilin əvvəllərində təqdim ediləcək. Psixoloji detektiv və dram janrında olan “Aktrisa” filmində əsas rolları Fuad Poladov, İlham Hüseynov və Alesa Kaçer ifa edirlər.