Dekabrın 23-də Xətai Sənət Mərkəzində F.Köçərli adına Respublika Uşaq Kitabxanasının təşkilatçılığı ilə “Hər çiçəyin öz ətri...” adlı uşaq və yeniyetmələrin Azərbaycanda yaşayan azsaylı xalqların nağılları əsasında çəkdikləri rəsmlərin sərgisi keçiriləcək.
“Multikulturalizm ili”nə həsr olunmuş tədbirdə həmçinin azsaylı xalqların milli geyimləri də uşaqların təqdimatında nümayiş olunacaq. Tədbirin məqsədi azsaylı xalqların nağıllarının tanıdılması, zəngin mənəvi yaddaşa və düşüncə tərzinə malik istedadlı uşaqları üzə çıxarmaqdır.