Qobustan abidələri ilə bağlı layihə həyata keçirilir
   
   Qobustan Milli tarix-bədii qoruğu Prezident yanında Gənclər Fondu ilə birlikdə “Qobustan - Azərbaycanın ümumbəşəri mədəni irsi” layihəsinin icrasına başlayıb. 21 dekabrda paytaxtın Qaradağ rayonunun Qobustan qəsəbəsindəki 321 nömrəli məktəbdə layihənin təqdimatı keçirilib.
   Layihənin məqsədi Qobustan qəsəbəsindəki məktəblərin şagirdlərinə UNESCO-nun Dünya irs siyahısına daxil edilmiş Qobustan qayaüstü abidələri haqqında ətraflı məlumat vermək, abidələrin qorunması və təbliğini təşviq etməkdir.
   Üç ay davam edəcək layihə müddətində məktəblilərlə görüşlər keçiriləcək, seminar, mühazirə və praktiki məşğələlər təşkil olunacaq.