Sərgidə Bakı mənzərələrini əks etdirən fotolar da nümayiş olunur
   
   İstanbulda “PaşaBank-Türkiyə”nin təşkilatçılığı ilə “Şəhər hekayələri” mövzusunda fotosərgi açılıb. Sərgidə Bakı, İstanbul və Tbilisi şəhərlərinin tarixi, mədəniyyəti, müasir görünüşlərini əks etdirən nadir fotolar nümayiş etdirilir.
   Mərasimdə çıxış edən “PaşaBank-Türkiyə”nin icraçı direktoru Cenk Eynehan sərginin məqsədi və əhəmiyyətindən danışıb. Qeyd edilib ki, sərginin məqsədi sürətlə böyüyən və inkişaf edən Bakı, İstanbul və Tbilisinin mədəni dəyərlərini tanıtmaq, bu üç şəhərin oxşar mənzərələrini təbliğ etməkdir.
   Sərgi dekabrın 31-dək davam edəcək.