Hər il dekabrın 21-də Yer qış günəş duruşu nöqtəsindən keçərkən fəsil dəyişkənliyi baş verir. Bununla da payızın yerini qış tutur. Dekabrın 21-i həm də gecənin ən uzun, gündüzün isə ən qısa olduğu vaxtdır. Həmin çağdan gecələr yavaş-yavaş qısalmağa, gündüzlər isə uzanmağa başlayır. Bu, martın 21-dək davam edir, həmin gün yaz gecə-gündüz bərabərliyi hadisəsi baş verir.
Xalq təqviminə görə, qış fəsli üç hissəyə bölünür: dekabrın 21-dən yanvarın 30-dək böyük çillə, yanvarın 31-dən fevralın 19-dək kiçik çillə, fevralın 20-dən martın 20-dək isə boz ay adlanır.
Artıq böyük çillənin ilk günlərini yaşayırıq. Xalq inancına görə, 40 gün sürən böyük çillə insanların yaşamında, yaddaşında çətin, soyuq, ağır günlər kimi yadda qalır. Hərçənd bəzən 20 günlük kiçik çillə daha sərt, şaxtalı-boranlı keçir.
S.Qaliboğlu