Yanvarın 31-də İstanbulda böyük Azərbaycan şairi Məhəmmədhüseyn Şəhriyarın anadan olmasının 110 illiyi ilə bağlı tədbir keçiriləcək. Tədbir “Avrasiya Beynəlxalq Araşdırmalar İnstitutu” İctimai Birliyi, İstanbul Türk Ocaqları Dərnəyi və digər qurumların təşkilatçılığı ilə gerçəkləşəcək.
Birliyin sədri, Milli Məclisin deputatı Qənirə Paşayeva qeyd edib ki, Şəhriyarın 110 illiyi ilə bağlı Türkiyənin digər şəhərlərində də silsilə tədbirlər, konfranslar nəzərdə tutulur. Konfranslara Azərbaycan, Türkiyə və İrandan olan bir sıra ziyalılar dəvət olunacaq.