Rejissor Fariz Əhmədovun “Miras” sənədli filmi oktyabr ayının 25-dən 31-dək Rusiyanın paytaxtı Moskvada Rusiya Dövlət Kinematoqrafiya Universitetinin (keçmiş Ümumittifaq Dövlət Kinematoqrafiya İnstitutu) keçirdiyi 30-cu beynəlxalq kinofestivalda iştirak edəcək. Əsas müsabiqə bölməsində mükafat uğrunda mübarizə aparacaq film oktyabrın 26-da nümayiş olunacaq. Qeyd edək ki, rejissor hazırda Rusiya Dövlət Kinematoqrafiya Universitetində kinorejissorluq ixtisası üzrə təhsil alır.
Festival çərçivəsində dünyanın ən nüfuzlu kino məktəblərinin tələbələrinin çəkdikləri 100-dən artıq film nümayiş olunacaq. Filmin ssenari müəllifi - Esmira Əyyub, quruluşçu operatoru Fərid Bağırov, səs rejissoru Elşən Aslanzadə, prodüserlər Rəşad Qasımov və Zakir Musayevdir.
Qeyd edək ki, 2010-cu ildə “Bir addım” studiyasında istehsal olunan film daha bir neçə kinofestivala dəvət alıb.
Yeganə