Nizami Kino Mərkəzində Rusiya istehsalı olan “Qar kraliçası: 3 alov və buz” 3D animasiya və “Vikinq” bədii filmlərinin nümayişi başlanıb.
Rejissor Andrey Kravçuk “Vikinq” bədii filmini tarixi dram janrında çəkib. Rolları Danila Kozlovskiy, Svetlana Xodçenkova, Maksim Suxanov, İqor Petrenko, Andrey Smolyakov, Vladimir Epifantsev, Aleksandr Bortiç, Kirill Pletnev, Aleksandr Ustyuqov, Rostislav Berşauer və başqaları oynayır.
“Qar kraliçası: 3 alov və buz” 3D formatlı animasiya filminin ssenari müəllifi və rejissoru Aleksey Tsitsilindir.
Macəra və ailəvi komediya janrında çəkilən filmdə rolları Natalya Bıstrova, Filipp Lebedyev, Diomid Vinoqradov, Aleksandr Qruzdyev, Mixail Tixonov, Nikolay Bıstrov, Olqa Şoroxova, Olqa Zubkova, Vsevolod Kuznetsov, Fill Savenkov və başqaları canlandırıb.