Yeraltı dünyada baş verənlər səhnəyə çıxır
   
   Yanvarın 21-də Azərbaycan Dövlət Pantomima Teatrının səhnəsində yeni səhnə əsərlərindən olan “Underground” tamaşası nümayiş olunacaq.
   Tamaşada teatrın bütün yaradıcı kollektivi iştirak edəcək. Quruluşu ümumilikdə teatrın aktyorlarına məxsus səhnə əsərində rolları Əməkdar artist Bəhruz Əhmədli, aktyorlar Nurlan Rüstəmov, Leyla Atayeva, Nuridə Musabəyli, Solmaz Bədəlova, Səbirə Həsənova, Elxan Şahalıyev, İbrahim Tağıyev və Elnur Rzayev ifa edirlər.
   Tamaşa aktyorların fantaziyasında qaranlıq yeraltı dünyada baş verən proseslərdən, insanın qarşılaşdığı problemlərdən necə xilas ola bilmək bacarığından bəhs edir.