“YARAT” Müasir İncəsənət Mərkəzi uşaqlar üçün rəsm dərslərini davam etdirir. Yanvarın 8-də baş tutan növbəti dərslərdə 3-15 yaşlı uşaq və yeniyetmələr iştirak ediblər.
   Budəfəki dərslərdə uşaqlar məşhur rəssamların əsərləri ilə tanış olmaq imkanı qazanmaqla yanaşı, əsərlərin pazllarını yığıblar. Balacalar həm əylənib, həm də maraqlı əsərlərin hazırlanmasında iştirak ediblər.
   Layihə “YARAT” Müasir İncəsənət Mərkəzində ənənəvi olaraq hər həftəsonu keçirilir.