Yanvarın 21-də Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrında Qaetano Donisettinin “Sevgi şərbəti” operası təqdim olunacaq.
Dünya opera sənətinin ən dəyərli nümunələrindən sayılan səhnə əsərində Sankt-Peterburqun Mixaylovski adına Teatrının solisti - vokalçıların beynəlxalq müsabiqələrinin laureatı Yuri Monçak iştirak edəcək.
Bununla yanaşı, rolları Opera və Balet Teatrının aparıcı solistləri - əməkdar artistlər Fərid Əliyev, İnarə Babayeva, Səbinə Əsədova və Cahangir Qurbanov canlandıracaqlar. Orkestrə beynəlxalq müsabiqələr laureatı Əyyub Quliyev dirijorluq edəcək.
Qeyd edək ki, operanın ilk nümayişi 1832-ci ildə Milanda baş tutub. 2013-cü ildə isə opera Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrında səhnəyə qoyulub.