Sabirabad Regional Mədəniyyət və Turizm İdarəsinin təşkilatçılığı ilə yanvarın 10-da “Sağlam ailə naminə sağlam düşün” adlı tədbir keçirilib.
Sabirabad Mədəniyyət evinin konfrans zalında təşkil olunan tədbiri Mədəniyyət və Turizm idarəsinin rəisi Əhməd Ramazanov açaraq müasir dövrdə sosial qayğıların ailə həyatına təsiri, qeyri-sağlam ailə təməllərinin gələcək fəsadları barədə danışıb. “Sağlam ailə naminə sağlam düşün” layihəsinin rəhbəri Fəridə Fərəcova layihənin məqsədi, erkən nikahların doğurduğu problemlər, bununla bağlı məlumatlandırma işinin aparılması, ailələrdə uşaqların düzgün yetişdirilməsi, tərbiyə və təhsilin qarşılıqlı əlaqələndirilməsi barədə məruzə ilə çıxış edib.
ATMU-nun müəllimi Səbuhi Aslanov “Uşaqları təhsilə təşviq edin”, Sabirabad MKS-nin direktoru Eldar Urufov “Erkən nikah qeyri-sağlam düşüncə forması kimi” mövzularda çıxış ediblər. Tədbir diskussiya formasında davam edib.