Azərbaycan Yazıçılar Birliyinin (AYB) sədri, xalq yazıçısı Anar IV “Sərhədsiz söz” beynəlxalq forumunun sədri seçilib. AYB-nin mətbuat xidmətindən verilən məlumata görə, bu barədə Azərbaycan Yazıçılar Birliyinin və onun ədəbi orqanı olan “Ədəbiyyat qəzeti”nin 75 illiyi ilə əlaqədar keçirilən III “Sərhədsiz söz” beynəlxalq forumunun nizamnaməsinə əsasən qərar qəbul edilib.
   Onu da qeyd edək ki, IV “Sərhədsiz söz” beynəlxalq forumu 2010-cu ilin payızında Bolqarıstanda keçiriləcək.