Azərbaycanlı uşaqların bu mövzuda əsərləri nümayiş olunur

   Yanvarın 18-də Türkiyənin Yedditəpə Universitetinin rəsm qalereyasında ölkəmizin İstanbuldakı baş konsulluğu və Azərbaycan Rəssamlar İttifaqının (ARİ) təşkilatçılığı ilə “20 Yanvar uşaqların gözü ilə - qanlı Bakı faciəsi” adlı rəsm sərgisi açılıb. 
   Sərgini giriş sözü ilə Türkiyədə yaşayıb-yaradan rəssam soydaşımız, Əməkdar incəsənət xadimi, Yedditəpə Universitetinin müəllimi Rafiq Əzizov açaraq iştirakçılara 1990-cı ilin 20 Yanvar faciəsi, eləcə də bu olaya həsr olunmuş sərgidəki uşaq rəsmləri haqqında danışıb. O, rəsmlərin 1988-ci ildə ARİ-nin nəzdində yaradılmış H.Z.Tağıyev adına “Xalq İncəsənət Universiteti”nin bu hadisələrin canlı şahidi olan şagirdləri tərəfindən çəkildiyini qeyd edib. 
   İstanbul Yedditəpə Universitetinin professorları Bayram Yılmaz, İnci Özden Kuşçu və digər çıxış edənlər sərginin önəmindən söz açıb, 20 Yanvar olaylarının heç vaxt unudulmayacağını vurğulayıblar.

   Soltan