Azərbaycan Rəssamlar İttifaqının (ARİ) Vəcihə Səmədova adına sərgi salonunda “Uğurlu rəsm əsəri” müsabiqəsinin sərgisi açılıb.
Mədəniyyət və Turizm Nazirliyi və ARİ-nin birgə təşkilatçılığı ilə keçirilən müsabiqə-sərgidə təsviri sənət ustalarının müxtəlif janrlarda yaratdığı 100-dək rəngkarlıq, qrafika, heykəltəraşlıq, plakat, tətbiqi sənət əsərləri nümayiş olunur.
ARİ-nin katibi Rafiq Kərimovdan aldığımız məlumata görə, yaxın günlərdə münsiflər heyəti müsabiqəyə təqdim olunmuş əsərləri dəyərləndirəcək və müxtəlif sahələr üzrə qaliblər müəyyən ediləcək.
S.Qaliboğlu