Türkiyə Cümhuriyyətinin qurucusu Mustafa Kamal Atatürkün 1919-cu ilin mayında milli qurtuluş mücadiləsinə başlamaq üçün gəldiyi Samsun şəhərində “Panorama 1919” muzeyinin tikintisi başa çatıb. 
   Muzey bir çox özəllikləri ilə diqqəti çəkir. Onlardan biri muzeydə Türkiyənin ən böyük yağlı boya əsərinin yaradılmasıdır. Bu əsərin müəllifi isə uzun illər qardaş ölkədə yaşayıb-yaradan həmyerlimiz, rəssam Sənan Eynullayevdir. Divar üzərində yağlı boya əsərinin ölçüsü 300 kvadratmetrdir. 
   Muzeyin açılışının may ayında olacağı gözlənilir.
   
   S.Qaliboğlu