Xocalı soyqırımının 25-ci ildönümünə həsr olunur
Mədəniyyət və Turizm Nazirliyi, Azərbaycan Dövlət Rəsm Qalereyası və Xətai Sənət Mərkəzinin təşkilatçılığı ilə Xocalı soyqırımının 25-ci ildönümünə həsr olunmuş “Şəhid şəhər” adlı respublika uşaq rəsm müsabiqəsi elan edilir.
İştirakçıların əsərlərini fevralın 15-nə qədər Xətai Sənət Mərkəzinin aşağıda göstərilən ünvanlarına göndərməsi xahiş olunur.
facebook:(http://www.facebook.com/xsm.art.az/)
email: xsm.2016@mail.ru
ünvan: AZ1025. Bakı şəhəri, Xocalı prospekti 62.
Rəsmdə mövzu və düzgün kompozisiyaya üstünlük veriləcək. Müsabiqədə 15 yaşına qədər uşaqlar iştirak edə bilər və mövzu sərbəstdir. Yekun sərgi Xətai Sənət Mərkəzində keçiriləcək.