Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrında C.Rodarinin “Çippolino” əsəri əsasında eyniadlı tamaşa hazırlanacaq. Teatrın rəhbərliyi tamaşaya quruluş vermək üçün Rusiyanın Rostov şəhərindəki “Maksimum” teatrının bədii rəhbəri, Rostov İncəsənət Məktəbinin rejissorluq kafedrasının müdiri Yelena İvanovanı Bakıya dəvət edib.
Rusiyalı rejissorla görüşən direktor Mübariz Həmidov teatrın fəaliyyəti, beynəlxalq əlaqələri haqqında məlumat verib. Y.İvanova hazırlanacaq tamaşanın yaradıcı və texniki heyəti, səhnə eskizləri ilə tanış olub.
Məlumat üçün bildirək ki, hazırda teatrda daha 4 yeni tamaşanın məşq prosesi gedir. Yaxın günlərdə hazırlanan tamaşalardan ikisinin premyerasının keçirilməsi nəzərdə tutulub.