Şamaxıdakı M.Ə.Sabirin ev-muzeyində görkəmli yazıçı-publisist, repressiya qurbanı Seyid Hüseynin (1887-1938) anadan olmasının 130 illiyi ilə əlaqədar dəyirmi masa keçirilib.
Muzeyin direktoru Rəqsanə Xəlilzadə məruzəsində ədibin yaradıcılığından söhbət açıb. Bildirilib ki, Seyid Hüseyn bədii yaradıcılığa 1907-ci ildə başlayıb, həmçinin qəzetlərdə, jurnallarda ədəbi-tənqidi məqalələr dərc etdirib. 20-30-cu illərdə bu gün də təravətini saxlayan, maraqla oxunan hekayələri ilə tanınıb.
Muzeyin elmi işçisi N.Cabbarova yazıçının Azərbaycan ədəbiyyatı və ədəbiyyat xadimləri haqqında məqalələri, həmçinin müasir həyatdan bəhs edən hekayələri barədə məlumat verib.