Fevralın 1-də Tərtər rayon MKS-nin Mərkəzi kitabxanasında “Gənclər bizim gələcəyimizdir” başlığı altında dəyirmi masa keçirilib. Tədbirdə Bərdə Regional Mədəniyyət və Turizm İdarəsinin Tərtər rayon nümayəndəliyi üzrə məsləhətçisi Gündüz Mürsəlov, Mərkəzi kitabxananın müdiri Şəlalə Əliyeva, MKS-nin direktoru Ulduzə Qurbanova, metodika şöbəsinin müdiri Ətrabə Süleymanova, oxu zalının müdiri Sevda İsgəndərova çıxış ediblər. Sonda iştirakçılar “2 fevral Gənclər Günüdür” başlıqlı sərgi ilə tanış olublar.
* * *
Astarada rayon Mədəniyyət mərkəzi Gənclər və İdman idarəsi ilə birgə tədbirlər keçirib. 1 fevralda rayon Gənclər evində keçirilən tədbirdə rayon Gənclər və İdman idarəsinin rəisi Ərçə Əliyev, Heydər Əliyev Mərkəzinin direktoru Kübra Səmədova, şair Şahverən Cavadov, müəllimə Kəmalə Nəsirli, aprel döyüşlərinin iştirakçısı Orxan Əliyev çıxış ediblər. Tədbirin bədii hissəsində Mədəniyyət mərkəzinin “Sevinc” xalq kollektivi və “Cənub” özfəaliyyət rəqs kollektivi maraqlı konsert proqramı ilə çıxış edib.
2 fevral tarixdə N saylı sərhəd zastavasında keçirilən tədbirdə Fəxrəddin Məmmədovun rəhbərliyi ilə müğənnilər Təhminə Mahmudova, Elvin Məlikov və başqaları əsgərlər qarşısında maraqlı konsert proqramı ilə çıxış edib. Xidmətdə fərqlənən əsgərlər Gənclər və İdman idarəsi tərəfindən hədiyyə və fəxri fərmanlarla təltif ediliblər.