Yanvarın 31-də “YARAT” Müasir İncəsənət Mərkəzində rejissorlar Xəyyam Abdullayev və Elməddin Alıyevin ekranlaşdırdığı “Məryəm” qısametrajlı filmi nümayiş olunub.
Ekran əsəri gənc rəssam Məryəm Ələkbərlinin yaradıcılığı əsasında çəkilib. Film rəssamın əsərləri, onun dünyagörüşü, düşüncə tərzi və yaradıcılığından ibarət bitkin bir fikrin dünyaya çatdırılmasına xidmət edir.
Filmdə hadisələr uydurma bir məkanda baş verir. Otağın içərisində yaradıcılığı ilə təkbətək qalan ağbirçək rəssam əsərləri vasitəsilə yenidən öz həyatının başlanğıcına qayıdır.
Azərbaycan dilində (rus dilində subtitrlərlə) təqdim olunan film maraqla qarşılanıb.