Məşhur fırça ustası Səttar Bəhlulzadənin 100 illik yubileyi ilə bağlı “Sənətin Məcnunu” kitabı çap ediləcək.
   Mədəniyyət və Turizm Nazirliyinin sifarişi ilə hazırlanmış və “Təhsil” nəşriyyatında çap olunacaq bu kitabın müəllifi Azərbaycan Rəssamlar İttifaqının tənqid və incəsənət bölməsinin sədri, əməkdar incəsənət xadimi Ziyadxan Əliyevdir.
   On beş bölmədən ibarət kitabda ilk dəfə olaraq S.Bəhlulzadənin qrafik irsi, sənətkarlığının mənbələri, yaradıcılığındakı poetika və fəlsəfi dünyagörüşü araşdırılıb. Topluda rəssamın gündəliyindən parçalar, Səttar Bəhlulzadəyə həsr olunmuş şəkillər, şeirlər, rəssamın incəsənət və müxtəlif incəsənət ustaları barədə fikirləri toplanıb.
   Təxminən 400 səhifədən ibarət olan kitaba S.Bəhlulzadənin rəsmlərinin təqribən 350-dək fotoşəkli, eyni zamanda sənətkarın həyatının müxtəlif dövrlərini əks etdirən fotolar daxil edilib.