Xocalı soyqırımının iyirmi beşinci ildönümü ilə əlaqədar Azərbaycan Yazıçılar Birliyinin (AYB) təşəbbüsü, Türk Elm və Ədəbiyyat Əsəri Sahibləri Məslək Birliyinin (İLESAM) dəstəyi ilə “Kağız qəbir” adlı film çəkilib.
AYB-nin mətbuat xidmətinin rəhbəri və İLESAM-ın Azərbaycandakı əlaqələndiricisi, layihənin ideya rəhbəri Xəyal Rza bildirib ki, tammetrajlı 90 dəqiqəlik filmin üzərində son tamamlama işləri aparılır.
Ekran əsərinin ssenari müəllifi və rejissoru Elçin Arifoğludur, baş rolları Anar Əliyev və Leyla Babayeva canlandırıblar. Filmin çəkilişləri Qubanın İkinci Nügədi kəndində aparılıb.
Bəşəri ağrını, həqiqi soyqırımı əks etdirən filmin fevralın 17-də Nizami Kino Mərkəzində təqdimatı keçiriləcək, ayın 18-də isə “Kağız qəbir” Bakı Dövlət Universitetində nümayiş olunacaq. Fevralın 24-də filmin Ankarada türk ictimaiyyəti qarşısında təqdimatı nəzərdə tutulub.